Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri "Misir dunya uşaqların gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılıblar.

SİA-nın məlumatına görə, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il "Misir dunya uşaqların gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dunyanın 140 ölkəsindən minlərlə iş göndərilib. Azərbaycan Respublikasını bu müsabiqədə Abşeron, Quba, Şamaxı, Lənkaran və İsmayıllı rayonlarının uşaq incəsənət məktəblərinin şagirdləri təmsil ediblər. Ölkəmizi təmsil edən şagirdlərin 19 nəfəri 19 müxtəlif nominasiyalardan, 3 qızıl medal , 4 gümüş medal və 12 sertifikata layiq görülüblər.

Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri: Hüseynova Mələk Kənan qızı və Qurbanov Arif Ceyhun oğlu (Qızıl medal); Şaxiyev Rəşid İlqar oğlu və Bəhrəmova Gülinə Məhərrəm qızı (Gümüş medal); Yaqubov Rəşad Yaşar oğlu, Nəzərova Tutu Seymur qızı, Əliyeva Fatimə Həmid qızı və Camalzadə Nihad Vüqar oğlu sertifikata layiq görülüblər.

Təltif edilmə mərasimi Misir səfirliyinin mədəniyyət mərkəzində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə