“Şahdağ” Turizm Mərkəzində əyləncəli anlar FOTOLAR

“Şahdağ” Turizm Mərkəzində son illərin və bu qışın ən əyləncəli və maraqlı yarışı baş tutub. SİA-nın məlumatına görə, maraqlı konsept, fəndin (tullanmanın) yerinə yetirilməsi, geyimlərin, ümumilikdə çıxışların kreativliyi və tamaşaçı simpatiyası nəzərə alınaraq öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən 20 komanda arasından 4 komanda qalib olmuş, müxtəlif hədiyyələr qazanıblar.

Məlumat üçün deyək ki, “Şahdağ” Turizm Mərkəzi artıq üçüncü dəfədir ki, “Red Bull Shakh Carpet”, yəni “Xalçaların Şahı” adlanan müsabiqəyə ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə