Fevralın 22-də “Art Villa” qalereyasında amerikalı rəssam Ceykob Martinin “Fırça toxunuşları” adlı fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq. Bu barədə SİA-ya təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərgidə rəssamın Azərbaycanda yaşadığı müddətdə yaratdığı əsərlər nümayiş olunacaq.

Qeyd edək ki, Ceykob Marti çoxsaylı beynəlxalq sərgilərlə yanaşı, vorshop və festivallarda iştirak edib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...