Xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək

Fevralın 19-dan Bakıda xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsinə başlanılacaq. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə SİA-ya Milli Konservatoriyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Konservatoriyada gerçəkləşəcək seçim turlarına 15 xanəndə və 21 instrumental ifaçı olmaqla ümumilikdə 36 iştirakçı qatılacaq.

Fevralın 24-dək davam edəcək müsabiqənin ilk turu fevralın 19-u və 21-də, 2-ci turu isə fevralın 23-də baş tutacaq. Fevralın 24-də qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hər iki bölmə üzrə ayrı-ayrılıqda ilk 3 yeri (6 ifaçı) tutan iştirakçılar mart ayında keçiriləcək Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə