Əbülfəs Qarayev Erkan Özoral ilə görüşüb FOTO

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı həmçinin, bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olundu. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...