Litvada Qəbələ rayonunun təqdimatı keçirilib FOTOLAR

Litvanın paytaxtı Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xarici ölkələrin Litvada yerləşən səfirliklərinin, yerli turizm şirkətləri və bir sıra digər təşkilatların nümayəndələri iştirak edib.

Mərasimdə Qəbələ rayonun müasir həyatı, tarixi abidələri və rayonun turizm potensialından bəhs edən videoçarx nümayib olunub. Həmçinin tətbiqi sənət sərgisi, milli mətbəx nümunələri nümayiş olunub.

Tədbirdə bir sıra Azərbaycan bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Əmirovun əsərləri, eləcə də xalq mahnıları səslənirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə