“Ezop” qəhrəmanlıq komediyası təqdim edilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası təqdim edilib. Səhnə əsəri Muğam Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Muğam Mərkəzindən SİA-ya bildirilib ki, universitet tələbələrinin iştirakı ilə nümayiş edilən tamaşanın quruluşu Xalq Artisti Cənnət Səlimovaya, musiqisi isə Cahangir Zülfüqarova məxsusdur.

Tamaşada rolları gənc aktyorlar Hilal Dəmirov, Sevgin Rzayeva, Corc Qafarov, Könül Ələkbərova, Orxan İsgəndərli və Məhəmməd Musayev canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə