Cəfər Cabbarlının qızı vəfat etdi

Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı rəhmətə gedib. SİA-nın məlumatına görə, 88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığından vəfat edib.

Mərhumə ilə vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək. O, saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Gülarə Cabbarlı 1930-cu il, 11 fevral tarixində Bakıda anadan olub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə