Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyuk zalında "Könüldən könülə" adlı musiqili poeziya gecəsi keçirilib. SİA-nın məlumatına grə, gecənin təşkilatçıları Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları olub və hazırda Ü.Hacıbəyli adına BMA-nın tələbələri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (Prezident təqaüdçüsü, (skripka)), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseynağa Aslanovdur (bədii qiraət üzrə Respublika və Beynəlxalq müsabiqələr qalibi).

İstedadlı gənc tələbələrin bu musiqili poeziya gecəsini təşkil etmələrində məqsəd isə gənclərdə klassik musiqiyə, eləcə də sözə, poeziyaya daha çox diqqət, maraq artırmaqdır.Musiqili poeziya gecəsi tamaşaçılara rəngərəng və maraqlı proqramla təqdim olunub.

Bədii qiraət üzrə Hüseynağa Aslanov klassik və muasir ədəbiyyatımızdan şeirler söyləyərək Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Zeynal Cabbarzadə, həmçinin dövrümüzün ədibləri Rəna Mirzəyeva, Rəziyyə Məmmədova və b. yaradıcılıqlarına müraciət edib.

N.Hüseynzadə (skripka) və M.Bağırova (fortepiano) isə Arif Məlikov, F.Şopen, A.Piazzola, R.Lovland, E.Morricone, Yi Ruma kimi bəstəkarların əsərlərini məlahətli, yüksək səviyyədə və peşəkarcasına ifa edərək gənc qiraətçinin çıxışına və eləcə də gecəyə xüsusi bir kolorit , çalar qatıblar.

Səmimi alqışlarla qarşılanan gecə tamaşaçıların könüllərində xoş bir təəssürat yaradaraq yüksək səviyyədə keçib.Tədbirdə musiqi və incəsənətimizin görkəmli nümayəndələri, qonaqlar da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...