Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

Aprelin 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan Arif Babayevin və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək. Gecədə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...