Məstan Günərin “Seçilmiş əsərləri”nin II cildi nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şair Məstan Günərin “Seçilmiş əsərləri”nin II cildinin nəşri başa çatdırılıb.

SİA-nın məlumatına görə, dövlət mükafatı laureatı, şair Məstan Günərin ikicildliyində insanın insana, insanın vətənə, təbiətə, bəşəri ləyaqətə, milli-mənəvi dəyərlərə münasibəti əks olunmuşdur.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə