“Qəhrəmanlıq və iftixar tariximiz” FOTOLAR

Qax rayon Mədəniyyət Mərkəzində “Qəhrəmanlıq və iftixar tariximiz” adlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru K. Məcidova 20 Yanvarı tariximizin şərəfli səhifələrindən olduğunu, Azərbaycanda azadlığın 20 Yanvar ağrısından, 20 Yanvar qeyrətindən doğulduğunu qeyd edib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılardan Qax Gün Ərzi Qayğı Mərkəznin direktoru Səfiyyə xanım Süleymanova da öz növbəsində 20 Yanvar faciəsindən doğan ağ gündən söz açaraq, bu tarixi hər zaman yadda saxlamağın hər birimizin borcu olduğunu qeyd edib.

Sonra “20 Yanvar - 1990” adlı video çarx nümayiş olunub. Mədəniyyət Mərkəzinin İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin hazırladığı ədəbi- bədii kompazisiya hər kəsi diqqətə gətirib. Üvertüranın sədaları altında başa çatan kompzisiyada iştirakçılarla birlikdə “Qoynunda bu qədər şəhidlərin varsa sabahın üçün heç bir narahatlığın olmasın can Azərbaycan” sədaları altında hər kəsi mübarizəyə səslədilər. Yekunda D.Əzizova çıxış edərək qeyd etdi ki, “20 yanvar nə qədər dəhşətli bir gün olsa da, həm də iftixar günümüzdür. Şəhidlərimiz heç zaman unudulmayacaq və hər zaman iftixar hissi ilə anılacaq”.

Oğuz rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqadar olaraq “20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP Oğuz rayon təşkilatının, rayon tarix-diyarşünaslıq muzeyinin, rayon Uşaq İnkişaf Mərkəzinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, rayon məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açıb. Məruzəçi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi haqqında məlumat verib.

Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin bələdçisi S.Musayeva “Qanlı yanvara gedən yolun başlanğıcı” mövzusunda çıxış edib. Tədbirdə Oğuz rayon Uşaq İnkişaf Mərkəzinin şagirdləri 20 yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Tədbirdə 20 Yanvar hadisələrinin tarixi, həmin günlərdə xalqının səsinə səs verən Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət verməsindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir iştirakçılarına “20 Yanvar –Tariximizin qəhrəmanlıq səhifəsi” adlı bukletlər təqdim edilib.

Sonda Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri R.Mahmudov çıxış edərək 20 Yanvar gününün faciə günü deyil, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə apardığı qəhrəmanlıq və qürur günü olduğunu vurğulayıb.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Humanitar fənlər gimnaziyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə qanlı 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan edib. Tədbir iştirakçıları açılışdan sonra şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad ediblər. Daha sonra həmin hüzünlü gün haqqında Mərkəzin əməkdaşı Leyla Məmmədova məruzə edib. Məruzə dinlənildikdən sonra şagirdlər “Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompazisiya ilə çıxış ediblər. Kompazisiyanı məktəbin tarix müəlliməsi Feyzullayeva Aida təşkil edib.

Tədbirin sonunda 20 Yanvara aid “Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı slayda baxış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə