Sabirabad 20 Yanvar şəhidləri anılıb

Sabirabad rayon Mədəniyyət Mərkəzində 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, öncə Azərbaycanın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi T.Əzimov 20 Yanvar faciəsindən söz açaraq bildirib ki, bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, amma faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsidir.

Digər çıxış edənlər də 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndiriliblər.

Həmçinin Mərkəzin foyesində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş fotostendlərdən və Mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət guşə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə