“Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

15 yaşadək uşaq və yeniyetmələr arasında keçirilən müsabiqə xalqımızın azadlıq mübarizəsi və qan yaddaşı olan 20 Yanvar hadisələrini bir daha xatırlamaq məqsədi daşıyır. Müsabiqəyə 300-ə yaxın uşaq 400-dən çox əsərlə qatılıb. Sərgidə 110 uşağın 120-dək sənət əsəri nümayiş edilib. Sonda qaliblər mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə