Madriddə “Fitur-2018” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

İspaniya paytaxtı Madriddə 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.

SİA-nın məlumatına görə, yanvarın 17-dən 21-dək davam edəcək, 165 ölkədən, 10 mindən artıq şirkətin qatıldığı sərgidə Azərbaycan da iştirak edir.

Ölkəmizi bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə bərabər 9 turizm şirkəti təmsil edir. Onlar qurulan stendlər vasitəsilə sərgiyə gələn ziyarətçiləri Azərbaycanın turizm potensialı ilə tanış edir, müxtəlif ölkələrdən gəlmiş şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...