"Vətən fədailəri" adlı tədbir keçirilib

Balakən rayon Tarix diyarşünaslıq muzeyində "Vətən fədailəri" mövzusunda 20 Yanvar hadisəsinin 28 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

SİA-nın məlumatına görə, muzeyin direktoru Xəlifə Mirəliyev tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında qısa məlumat verib. Sonra muzeyin elmi işçisi E.Çompuzov "Vətən fədailəri" adlı məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən şəhid valideynləri dövlət tərəfindən şəhidlərə göstərilən diqqət və qayğıdan danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...