Qara Qarayevə həsr olunmuş oxucu konfransı keçirilib

2018 - ci il Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlarda qalacaq. SİA-nın məlumatına görə, Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarın yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər sırasına kollecin kitabxanasında baş tutmuş oxucu konfransı ilə start verilib.

“Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin və dövlətçiliyimizin tərəqqisində mövqeyi” adlı konfransda pedoqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri də iştirak edib. Xüsusilə, bədii özfəaliyyət qrupunun üzvü olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə seçilib. Oxucu konfransı fəal fikir mübadiləsi şəraitində keçirilib. İştirakçılara Qara Qarayevin Azərbaycan musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verilib.

Çıxışlar mövzu ətrafında maraqlı müzakirələrə yol açıb. Tədbirdə həmçinin bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən söhbət açılıb. Dolğun çıxışları, fəal müzakirələri dinləyən iştirakçılar oxucu konfransından dərin təəssüratlarla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə