Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov sosial şəbəkədə yazıb. O bildirib ki, aktrisa hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır (Semaşko).

B.Əliyevaya ağ ciyər və ürək çatışmazlığı diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə