Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib.

SİA-nın məlumatına görə, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.

Tamaşada əsas rolları Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Yasəmən Məmmədova, Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Ədalət Əbdülsəməd, İlham Əsədov, Yusif Dadaşov və b. ifa edəcəklər. Tamaşanın premyerası Novruz Bayramı ərəfəsində 18 mart saat 12:00 və 14:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə