ADGTT-da həftə sonu 9 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yanvar ayının 16-dan 22-dək 9 adda müxtəlif tamaşalar nümayiş etdirəcək. SİA-nın məlumatına görə, teatrın kiçik səhnəsində yanvarın 9-dan start götürmüş “Monotamaşalar paradı” davam etməkdədir. Belə ki, kollektiv yanvarın 16-sı saat 1900-da kiçik səhnədə R.Ağayevin “Solnuğun sonu” (ifaçı Güşvər Şərifova), 17-si F.M.Dostayevskinin “İdiot” (ifaçı əməkdar artist Nofəl Vəliyev) tamaşalarını təqdim edəcək.

Yanvarın 18-də saat 1600-da teatr Mərkəzi Zabitlər evi ilə birgə layihədə 20 yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş yazıcı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasını, 20 yanvar saat 1400-da Dilsuzun “Əlincə Qalası”, axşam saat 1900-da T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını nümayiş etdirəcək.

Yanvarın 21-də gündüz saat 1000; 1200 və 1400 da məktəblilər üçün C.Rodarinin “Çippolino”, axşam saat 1900 böyüklər üçün U.Şeksprin “Romeo və Culyetta” tamaşaları təqdim ediləcək.

Tamaşalarda əsas obrazları Xalq Artisti Yasin Qarayev, Əməkdar Artistlər Nəsibə Eldarova, Rahib Əlyev, Nicat Kazımov, Nofəl Vəliyev, artistlər Təhminə Məmmədova, Asya Atakişiyeva , Zülfiyyə Alhüseynova, İlqarə Tosova, Günel Məmmədova, Məsumə Babayeva, Sona Babayeva, Simuzər Ağakişiyeva, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Hüseynova Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, İlham Əsədov, Anar Səfiyev, Eyvaz ibrahimov, Rəzzaq Məmmədov, Rövşən Abbasov, Vüqar Məmmədəliyev, Elşən Çarhanlı, Məhərrəm Musayev, Yusif Dadaşov, Elşən Hacıbabayev, Manaf Dadaşov, Elnur Huseynov, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Aydın Dəmirov, Vahid Orucoğlu, ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə