Azərbaycan beynəlxalq gözəllik müsabiqəsində

Azərbaycan yanvarın 24-dən 28-dək Gürcüstanda ilk dəfə keçiriləcək "International Beauty Talent and Fashion Awards World Rising Stars" müsabiqəsində təmsil olunacaq. SİA-nın Gürcüstan saytlarına istinadla xəbər verir ki, tədbirdə 16 ölkədən, həmçinin Azərbaycandan müxtəlif gözəllik və model müsabiqələrinin qalibləri iştirak edəcək.

Tədbir çərçivəsində milli geyim, fashion-şou, talant-şou turları keçiriləcək. Eyni zamanda, ölkə rəsmiləri ilə görüşlər təşkil olunacaq. Yanvarın 28-də keçiriləcək final mərasimində ən yaxşı model mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə