“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hədiyyə edilib

Azərbaycanın tarixini, dilini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar, eləcə də “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Türkiyənin İslam Strateji Araşdırmalar Mərkəzinin (İSAM) kitabxanasına hədiyyə olunub.

Kitabları İSAM-ın fonduna Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova təqdim edib. Türkiyədə IV beynəlxalq humanitar elmlər və təhsil tədqiqatlar konfransında iştirak edən S.Zülfüqarova İstanbuldakı bir çox kitabxanalarla tanış olub. O, konfransda rəhbərlik etdiyi kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri, eləcə də kitabxanadakı elmi və tarixi əhəmiyyətli nəşrlər, lüğətlər, irihəcmli kitablar haqqında məlumat verib. Bildirib ki, Dilçilik İnstitutunun kitabxanası ölkə daxilində və xaricdə fəaliyyət göstərən təhsil ocaqlarının, elmi müəssisələrin, kitabxanaların müraciətlərinə hər zaman dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə