“Prehistoric Rock Art Trails” mədəni marşrutunun Yeni il təbrikində Qobustan təsvirləri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildən “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun tamhüquqlu üzvüdür.

SİA-nın məlumatına görə, “Prehistoric Rock Art Trails” mədəni marşrutu Avropa Şurasının Mədəni Marşrutlar haqqında qətnaməsini əsas tutaraq Avropanın qayaüstü incəsənət abidələrinin birgə mədəni marşrutlarını yaratmaq, administrativ və mədəni fəaliyyətini təşviq etmək məqsədilə yaradılıb. Hazırda bu mədəni marşrutda Azərbaycan, İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya və Gürcüstandan 100-dən çox qayaüstü incəsənət abidəsi təmsil olunur. Qobustan Qayaüstü İncəsənəti bu marşrutda Azərbaycanı təmsil edən abidələrdən biridir.

“Prehistoric Rock Art Trails” mədəni marşrutunun qarşıdan gələn 2018-ci ilin təbrik açıqcasında Qobustan qayaüstü təsvirlərinin qeydiyyatı üçün təşkil olunmuş gecə ekspedisiyası zamanı çəkilmiş fotoşəkildən istifadə edilib. Bu açıqca təşkilatın bütün internet resursları vasitəsilə yayımlanıb. Açıqcada üzərində “2018 Avropa Mədəni İrs ili” nin loqosu da öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə