“Koroğlu” operası növbəti dəfə nümayiş olunub

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası növbəti dəfə nümayiş olunub. AZƏRTAC xəbər verir ki, operanın nümayişi görkəmli müğənni, Xalq Artisti Bülbülün 120 illiyinə həs edilib. Səhnə əsərindəki Koroğlu partiyasını Əməkdar Artist Fərid Əliyev canlandırıb.

Xalq Artisti, professor Cavanşir Cəfərovun idarə etdiyi operada, həmçinin Xalq artistləri Əli Əsgərov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əkrəm Poladov, Əliəhməd İbrahimov, Sabir Əliyev, solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Fəhmin Əhmədli çıxış ediblər. Operanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə