“NUR Art House” qalereyasında tanınmış rəssamın sərgisi açılıb

İçərişəhərdə “NUR Art House” qalereyasında tanınmış rəssam Sakit Məmmədov və onun “Opalizm” məktəbinin davamçıları olan tələbələrinin sərgisi açılıb.

AZƏRTAC-ın məlumatına görə, sərgidə iştirakçılar rəssam və onun tələbələri ilə ünsiyyətdə olmaq, bu yaradıcı atmosferlə daha yaxından tanış olaraq təqdim edilən “Opalizm” videomaterialı, kataloq və kitablarla tanış olmaq imkanı qazanırlar.

Qeyd edək ki, opalizm Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən əsası qoyulmuş bir məktəbdir, yeni üslubdur. Opalizm üslubu - opal mineral daşından götürülüb. Qədim yunan dilində opal daşı gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə