“Suvar” folklor qrupunun Bakıda çıxışı olub

Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə “YARAT” Müasir İncəsənət Mərkəzində “Suvar” folklor qrupu konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Həsənbəyov belə bir proqramın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd olunub ki, “Suvar” folklor kollektivi (“suvar” ləzgi dilində “bayram” deməkdir) 1996-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü ilə və “Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin dəstəyi ilə təşkil edilib. Həmin vaxtdan bəri bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini qazanıb.

Bildirilib ki, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib. Həmin il ansambl Ankarada keçirilən beynəlxalq festivalda Azərbaycanı uğurla təmsil edib.

Sonra “Suvar” folklor qrupu konsert proqramı ilə çıxış edib. Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə