Dekabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Nikolay Jukovun "Buludlar səmanı tərk edirlər" adlı filmi nümayiş ediləcək. SİA-nın məlumatına görə, xronometrajı 90 dəqiqə olacaq ekran əsərinin təqdimatı Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq nəticəsində təşkil olunacaq.

Filmin məğzi belədir: böyük qafqazlı ailəsi uşaq gözləyir – Xanu hamilədir. Ailə başçısı, 3 qız atası Bəşir növbəti uşağın qız olmasını istəmir və yoldaşına elan edir ki, qız doğulsa onu evdən qovacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə