“Bakıxanovlar şöhrət zirvəsində” kitabı nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bakıxanovlar şöhrət zirvəsində” kitabının nəşri başa çatdırılıb. SİA-nın məlumatına görə, kitab maarifçi, alim və şair Abbasqulu Ağa Bakıxanov, Xalq artisti, tarzən Əhməd Bakıxanov və Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun həyat və yaradıcılığına həsr olunub.

Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və müvafiq sayda aidiyyəti qurumlara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə