“Kino və zaman” kitabının nəşri başa çatdırılıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kino və zaman” kitabının nəşri başa çatdırılıb.SİA-nın məlumatına görə, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin müəllifi olduğu bu kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. Kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb.

Kitab mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.

“Kino və zaman” kitabı “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə