Bakı Dövlət Sirkində tamaşaçıları maraqlı sirk-şou gözləyir

Bakı Dövlət Sirkində “Ağ pələnglər attraksionu” şousunun ardından yeni sirk proqramı təqdim olunacaq.

Bu barədə SİA-ya sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib.

O bildirib ki, dekabrın 29-dan başlayacaq “Ekstremal qış” adlanan yeni proqramın heyəti Rusiya və Ukrayna sirklərinin artistlərindən ibarətdir. Dəmir şar içərisində göstəriləcək moto-şou proqramın ən unikal nömrəsi olacaq. Möhtəşəm şouda əhilləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim ediləcək, xüsusi işıq effektlərindən istifadə olunacaq. Yeni il günlərinə düşdüyü üçün proqramda bayramın rəmzi olan Şaxta baba və Qar qız da iştirak edəcək.

İki saat davam edəcək proqramı tamaşaçılar 2018-ci il yanvarın ortalarınadək izləyə biləcəklər. Biletləri sirkin kassalarından hər gün saat 10:00-dan 20:00-dək əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə