Bu il Azərbaycana 2 477 908 nəfər turist gəlib

Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub. SİA-nın məlumatına görə, onlardan 790 258 Rusiya Federasiyası, 488 269 Gürcüstan, 340 702 İran, 275 147 Türkiyə, 87 215 Birləşmiş Ərəb Əmirlikləri, 58 259 İraq, 53 583 Ukrayna, 32 644 Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında səfər edib. Bu da 313 515 nəfər olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7 faiz, 11.1 faiz və 3.5 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 117 556, BƏƏ-dən 44 558, Rusiyadan 105 020 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər noyabr ayında isə 169 427 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 684 (20%) nəfər, yalnız noyabr ayında isə 31 877 (18.8%) nəfər çox xarici vətəndaş gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə