"Eurovision" qalibinə ürək köçürüldü

"Eurovision-2017" mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi. S.Sobral "Amar Pelos Dois" mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi elan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə