“Koroğlu” operası növbəti dəfə nümayiş olunacaq

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası növbəti dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, səhnə əsəri görkəmli müğənni, Xalq Artisti Bülbülün 120 illiyi çərçivəsində təqdim ediləcək.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş səhnə əsərində Koroğlu partiyası Əməkdar Artist Fərid Əliyev tərəfindən ifa olunacaq.

Xalq Artisti, professor Cavanşir Cəfərovun idarə edəcəyi operada, həmçinin Xalq artistləri Əli Əsgərov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov , Əkrəm Poladov, Əliəhməd İbrahimov, Sabir Əliyev, solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Fəhmin Əhmədli çıxış edəcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə