Dekabrın 12-də Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Unudulmaz” filminin təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, bu, Ulu Öndər Heydər Əliyevin həyatının araşdırılmamış anları haqqında sənədli fılmdir. "Lider" televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filmində Ümummilli liderin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı döv öz əksini tapıb. Film Dahi şəxsiyyətin Klivlend xəstəxanasında müalicə aldığı dövrdən bəhs edir. Ekran əsərinin ssenari və ideya müəllifi Elnur Niftəliyev sənədli fılmdə Ulu Öndərlə təmasda olan Klivlend xəstəxanasının həkim kollektivini bir araya gətirib. Burada Ümumilli Liderin müalicəsində xüsusi əməyi olan ABŞ-ın aparıcı həkimlərinin Onunla bağlı xatirələri əksini tapıb. Ekran işində eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib.

Ulu Öndərin anım günündə Daşkənddə təqdim olunacaq “Unudulmaz” sənədli filminin premyerası, Bakıda Nizami Kino Mərkəzində gerçəkləşib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə