Azərbaycanın xalq rəssamı Moskvada təltif olunacaq

Dekabrın 11-12-də Moskvada keçiriləcək MDB-nin yaradıcı və elmi ziyalılarının XII forumunda Azərbaycan da təmsil olunacaq.SİA-nın məlumatına görə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Rusiyadan nümayəndələrin iştirak edəcəyi tədbirdə MDB məkanında ailə dəyərlərinin və ənənələrinin möhkəmlənməsində humanitar əməkdaşlığın rolu müzakirə olunacaq. Bölmə iclaslarında peşəkar fəaliyyətin müxtəlif aspektləri nəzərdən keçiriləcək: Təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq, habelə MDB-də Mədəniyyət ilinə hazırlıqlar.

Forum çərçivəsində MDB-nin "Birliyin ulduzları" dövlətlərarası mükafat laureatlarının mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, bu il mükafatın laureatı Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilov olub.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə