Heydər Əliyev Mərkəzində “Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimatı keçirilib

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib. Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir. Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.

Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə