“Çölçü” filmi “Qızıl Tülkü” mükafatının qalibi olub

Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən beynəlxalq film festivalında (Calcutta İnternational Cult Film Festival) “Qızıl Tülkü” mükafatının (Golden Fox Award) qalibi olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə