Ankarada TÜRKSOY-un baş katibinin 70 illik yubileyi keçiriləcək

Noyabrın 25-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək. AZƏRTAC xəbər verir ki, “Dostlarım zənginliyimdir” devizi altında təşkil olunacaq mərasimdə diplomatlar, rəsmi şəxslər, türkdilli ölkələrdən gələn qonaqlar, dostları və yaxınları iştirak edəcəklər. Mərasimin bədii hissəsində yubilyar özü skripka ifası ilə qonaqların qarşısına çıxacaq.

Qeyd edək ki, D.Kaseinovun 70 illik yubileyi münasibətilə Türkiyənin Bolu və Bursa şəhərlərində də konsertlər keçirilib. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı “Düsen Kaseinov-70” adlı kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib və cari ilin aprelində onun təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə