İsrailin məşhur verilişinin komandası Bakıya valeh oldu FOTOLAR

İsrailin “Open Skies” TV verilişi dünya turizmi və ənənəvi mətbəx haqqında hazırladığı silsilə proqramlardan birini Azərbaycana həsr edib. SİA-nın məlumatına görə, 20-24 noyabr tarixlərində proqramın çəkilişi Bakı şəhərində aparılıb.

Milli Turizm Təbliğat Bürosu tərəfdaşları ilə birgə sözügedən layihənin reallaşmasına texniki və təşkilati dəstək göstərib.

Verilişin yaradıcısı, direktoru və aparıcısı Gil Hov İsrailin məşhur simalarındandır. Yüksək reytinqli veriliş tamaşaçılarda göstərilən məkana diqqəti cəlb edir və səyahətə həvəs yaradır.

Çəkiliş komandası paytaxtımızın gözəlliyinə valeh olub və Azərbaycanda çəkilən epizodun izləyicilər tərəfindən maraqla qarşılanacağına əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə