Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq elmi konfransında iştirak edib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibində VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində İncəsənət Tarixi İnstitutunun təşkilatçılığı ilə keçirilən “Peterburq və milli musiqi mədəniyyətləri”, “Peterburq şərqşünaslığı: Avrasiya xalqlarının musiqi ənənələri Böyük İpək Yolunda” VIII Beynəlxalq elmi konfransında iştirak edib. SİA-nın məlumatına görə, o, “Azərbaycan poeziyasında ənənəvi musiqi alətləri və musiqi” məruzəsi ilə çıxış edib. Forum günlərində Teatr və Musiqi İncəsənəti Muzeyində “Mstislav Rostropoviç: portretə ştrixlər” sərgisinin nümayişi sona yetib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin iştitakçılarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə