“Qara dastan - 37” adlı tədbir-sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimizin, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan - 37” adlı tədbir-sərgi keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, AMEA-nın Arxeologia və Etnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Fuad Babayev və çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə