“Azərbaycanda təcrübə və iş imkanları”

Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Menecment kafedrasının birgə təşkilatçılığı ilə ATMU tələbələri üçün "Təcrübə və İş İmkanları" mövzusunda seminar keçirilib. Seminarda “Socar”, “Azercell”, “Qafqaz hotel”, “Asan Xidmət” kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumatlar verilib.

SİA-nın məlumatına görə, seminardan öncə qonaqlar ATMU rektoru İlham Mədətovla görüşüblər. Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova, “SOCAR” ın işə qəbul və yerləşdirmə şöbəsinin nümayəndəsi Mahir Qarayev və kadrların hazırlanması üzrə mütəxəssis Vasif Cəfərov, “Azercell”in İnsan qaynaqları departamentinin mütəxəssisi Sevinc Teymurova və “Qafqaz hotel”in insan resursları şöbəsinin direktoru Ülviyyə Qasımzadə təmsil etdikləri təşkilatlarda iş imkanları, işə qəbul qaydaları, işə götürülmə prosesi, zamanla meydana çıxan işçi tələbinin qarşılanması məqsədi ilə müvafiq vəzifələrə uyğun şəxslərin tapılması, seçilməsi, vəzifənin tələb etdiyi məvacib səviyyəsi ilə işə götürülməsi barədə çıxış ediblər. “Azərbaycanda təcrübə və iş imkanları” mövzusuna həsr olunan seminarın sonunda qonaqlar tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə