Tələbələrə “Banklarda nağdsız əməliyyatlar” mövzusunda təlim-seminar keçirilib FOTOLAR

Sosial layihələrə dəstək və gənc kadrların hazırlanmasına xidmət edən strateji hədəflər əsasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Maliyyə ixtisasının tələbələri üçün adıçəkilən qrumun baş ofisində "Banklarda nağdsız əməliyyatlar"mövzusunda təlim-seminar təşkil olunub.

SİA-nın məlumatına görə, təlim-seminarda ATMU tələbələrinə ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlarla bağlı bilgi verilib. Müasir elektron ödəniş alətlərinin geniş imkanları barəsində maarifləndirici məlumat alan tələbələr, eyni zamanda alqı-satqı əməliyyatlarına dair hesablaşmalarda kartlardan istifadəni şərtləndirən təbliğat kampaniyasının üstünkükləri ilə də tanış olublar.

Təlim-seminarın sonunda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə ”Amrahbank”ASC tərəfindən sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə