Mədəniyyət və turizm naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin noyabr ayının 28-də saat 11ºº-da Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Nizami prospekti, 61) Mingəçevir, Yevlax, şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə