“Göyçək Fatma” tamaşası nümayiş olunacaq

Noyabrın 25-də Bakı Uşaq Teatrında “Göyçək Fatma” tamaşası nümayiş olunacaq.

Teatrdan SİA-ya bildirilib ki, səhnə əsərindən əldə olunacaq vəsait jurnalist Ulviyyə Həsənqızının müalicəsi üçün açılan hesaba köçürəcək.

Xalq nağılı əsasında hazırlanmış eyniadlı tamaşa insanlara ədalət, mərhəmət, insansevərlik duyğuları aşılayır. Xeyirxah, yumşaqqəlbli Fatma üzləşdiyi bütün çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olur. İstifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər səhnə əsərini daha da baxımlı edir.

Quruluşçu rejissor İntiqam Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə