“YARAT”ın ekranında “Xənnas” filmi

“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Abdullayevin “Xənnas” filmi nümayiş olunub.

SİA-nın məlumatına görə, kinosevərlər xronometrajı 100 dəqiqə olan ekran əsərini Azərbaycan dilində izləyiblər.

Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır. Ad gününü rayonda anasının yanında qeyd edən İlkin tez-tez gördüyü eyni yuxunun təsiri altına düşür. Anasının qadağalarına baxmayaraq dostlar ilə birgə babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə gedir. Tərk edilmiş köhnə evin ruhlar məskəni olduğunu başa düşən dostlar vahiməli hadisələrlə dolu gecə keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə