Azərbaycan beynəlxalq müsabiqədə təmsil olunacaq

Noyabrın 24-dən dekabrın 2-dək Rusiyanın Sankt-Peterburq şəhərində Opera Müğənnilərinin VIII Beynəlxalq Müsabiqəsi keçiriləcək. Beynəlxalq tədbir Rusiyanın Mədəniyyət Nazirliyi, Sankt-Peterburq Mədəniyyət Komitəsi, “Art-Peterburq” ictimai xeyriyyə fondu və N.A.Rimsky-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə SİA-ya Azərbaycan Milli Konservatoriyasından məlumat verilib.

Müsabiqədə ölkəmizi konservatoriyanın üçüncü kurs tələbəsi Urfan Cəfərov təmsil edir.

Azərbaycan da daxil olmaqla, müsabiqədə 15 ölkədən 200 ifaçının iştirakı gözlənilir. Müsabiqənin münsiflər heyətində dünya şöhrətli musiqiçilər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə