"Biz narkotiklərə yox deyib həyatı seçirik"

Azərbaycan Turizm və Menecement Universitetinin və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə ali təhsil müəssisəsində "Biz narkotiklərə yox deyib həyatı seçirik" mövzusunda maarifləndirimə tədbiri keçirilib.

SİA-nın məlumatına görə, tədbirin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri səfərbər etməkdir.

ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov iştirakçıların diqqətinə çatdırıb ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə müvafiq qurumlarda təşkil olunan maarifləndirmə tədbirləri əhəmiyyətli sayıla bilər.Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər paketində gələcəyimizin qarantı sayılan gənclərimizin zərərli vərdiş və təsirlədən uzaqlaşmaları üçün mühüm işlər görülür.

Nərimanon rayon Polis İdarəsinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları zərərli vərdişlərin mənfi fəsadları,o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat olması barədə ətrafli məlumat veriblər.

Tədbirin sonunda “dəyirmi masa” iştirakçılarını maraqlandıran suallara cavab verilib.Videoçarx nümayiş etdirilib. İştirakçılara maarifləndirici broşürlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə