“Reinkarnasiya – tanımadığınız İçərişəhər”

Dekabrın 1-də “Zəncirli mülk” binasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaranmasının 10 illiyinə həsr olunan “Reinkarnasiya – tanımadığınız İçərişəhər” adlı sərgi açılacaq. Qoruq İdarəsindən SİA-ya verilən məlumata görə, sərgidə müasir Azərbaycan rəssamlarının interpretasiya edərək, qədim şəhərin sirli və əfsanəvi abidələrinin dili ilə danışaraq yaratdıqları maraqlı əsərlər yer alacaq.

“Tanımadığınız İçərişəhər” adlı sərgi Azərbaycan Milli İncəsənət Muzeyində “Reinkarnasiya - incəsənətdə ruhlar dövranı”, AMEA Milli Azərbaycan Tarix Muzeyində

“Renkarnasiya - tarixi eksponatlar” adlı silsiləli layihənin davamıdır.

Layihə çərçivəsində, həmçinin dekabrın 9-da “Qasım bəy” hamamında “Yaradıcı” adlı mərkəzin də təqdimatı keçiriləcək.

Sərgilərdə təqdim olunan əsərlərdən ibarət “Reinkarnasiya – tanımadığınız İçərişəhər” adlı kataloq nəşr olunacaq.

Sərgilər dekabr ayı ərzində davam edəcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə