Azərbaycanın ilk qorxu filmi “Xənnas”

Noyabrın 21-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Abdullayevin “Xənnas” filmi nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, kinosevərlər xronometrajı 1 saat 40 dəqiqə olan ekran əsərini Azərbaycan dilində izləyəcəklər.

Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır. Ad gününü rayonda anasının yanında qeyd edən İlkin tez-tez gördüyü eyni yuxunun təsiri altında qalır. Anasının qadağalarına baxmayaraq, dostları ilə birgə babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə gedir. Tərk edilmiş köhnə evin ruhlar məskəni olduğunu başa düşən dostlar vahiməli hadisələrlə dolu gecə keçirirlər.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə